Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məktəbin ərazisi narkomanların məskəninə çevrildi - Video

Şagirdlərin təhlükəsizliyi necə qorunur?...

Bakı şəhəri, Yasamal rayonu ərazisindəki 38 saylı məktəbin 3 hektarlıq ərazisi narkomanların məskən saldığı məkana çevrilib.

Məktəbin həyətində istifadə olunmuş şprislər var və şagirdlər burada hər gün təhlükə ilə üz-üzədirlər.

Mövcud vəziyyət şagirdləri, onların valideynlərini və məktəbin pedaqoji kollektivini narahat edir.

Maraqlıdır ki, şagirdlərin təhlükəsizliyi necə qorunur? Ümumiyyətlə, əlaqədar qurumlar bununla bağlı hansı addımları atırlar?

Xezerxeber.az-ın məlumatına görə, həm məktəb kollektivi, həm də ətrafda yaşayan sakinlər bu şprislərin narkomanların istifadəsindən sonra bura atıldığını güman edirlər.

Məktəbin direktoru Yaqut Əfəndiyeva deyib ki, 3 hektar ərazisi olan təhsil ocağında 960 şagird təhsil alır. Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə iki giriş qapısı olan bu təhsil müəssisəsinin yalnız ön qapısı istifadə olunur. Zirzəmilərin qapısı isə dəmir çərçivələrlə qapadılıb.

Məktəbin kollektivi vəziyyətlə bağlı həm Elm və Təhsil Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və ərazidəki 29-cu polis bölməsinə müraciət edib.

Məsələ ilə bağlı DİN-in şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, həmin əraziyə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub. Polisin keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar